Londonda ‘Britaniya İslam Konfransı’ keçirildi
Londonda keçirilən ‘Britaniya İslam Konfransı 2020’də ‘Ənənə və Müasirlik arasında’ mövzu müzakirə olunub. Maide.Az “aboutislam” saytına istinadla xəbər verir ki, konfransda İngiltərə müsəlman elm adamları və fəallarla yanaşı müxtəlif ölkələrdən də müsəlman və qeyri müsəlman elm adamları iştirak edib. 22-23 fevral tarixində keçirilən konfransda İngiltərədə müsəlmanlar arasında əməkdaşlığın artırılması məsələsi, cəmiyyətdə müsəlmanların rolu və üzləşdikləri problemlər müzakirə olunub.