Maide.az

Ölümcül virus artıq Avstraliyada

Avstraliyada yeni koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Reuters-in məlumatına görə, bu barədə Viktoriya əyalətinin səhiyyə naziri Cenni Mikakos açıqlamasında bildirib.    Onun sözlərinə görə, hadisə öz rəsmi təsdiqini tapıb.   Nazir onu da vurğulayıb ki, virusa yoluxan şəxs yanvarın 19-u Çindən gəlib. Bundan əlavə Mikakos yerli sakinləri sakit olmağa çağırıb və narahatlığa heç bir səbəb olmadığını söyləyib.   Qeyd edək ki, son məlumatlaragörə, koronovirusdan ölənlərin sayı 41 nəfər çatıb.  /faktxeber