Maide.az

İlk müəzzin Bilalın həyatı haqqında animasiya filmi Amerikada nümayiş olunacaq -VİDEO

İslam aləmində ilk azan verən müsəlman kimi tanınan Bilal Həbəşinin həyatından bəhs olunan "Azadlığın səsi - Bilal" animasiya filmi fevralın 2-dən ABŞ-da nümayiş olunacaq.   Maide.Az “okayafrica” saytına istinadən xəbər verir ki, büdcəsi 30 milyon dollar olan filmi Hollivudda işləmiş 100 nəfərlik multiplikasiya qrupu 10 il müddətində hazırlayıb.   Filmdə 1400 il əvvəldən günümüzə mesajlar verərək, bütün insanlığa inam, bərabərlik və azadlığın əhəmiyyəti xatırladılır.   Barajoun şirkətinin hazırladığı filmdə, Bilal Həbəşinin uşaqlığı ilə başlayan azadlıq mübarizəsi izah olunur.  Filimdə Bilal öz bacısı ilə birlikdə evindən uzaq düşməsi və ədalətsizliklərlə mübarizəsi əks olunub.