Maide.az

Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılır

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq bu gün saat 11:00-dan hərəkət hissə-hissə məhdudlaşdırılacaq.   Maide.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət axşam saatlarına qədər qüvvədə olacaq.    Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadələ etmələri tövsiyə olunur.