Maide.az

Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı

 Azərbaycanda koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb.   Bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.   Belə ki, Bakı üzrə yoluxma faizi yenə də ən yüksək – 52.0 faiz təşkil edir.   Bakıdan sonrakı yoluxma sayında yüksək göstərici Aran bölgəsinə aiddir. Bu ərazidə yoluxma 13.5 faizdir. Abşeronda 12.8 faiz, Gəncə-Qazaxda 8.3 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.9 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz, Naxçıvan Muxtar Respublikasında 0.05 faiz təşkil edir.    Ölkə xarici yoluxma isə 0.4 faizdir.