Maide.az

Ölkə üzrə internetin verilməsi məhdudlaşdırıldı

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırıldı.   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, NRYTN ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.   Nazirlik Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edir.