Maide.az

Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.   Maide.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.   Məlumata görə, söhbət aşağıdakı qatarlardan gedir:    - Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı   - Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı   - Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı   - Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı   - Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı   - Bakı-Yalama-Bakı elektrik qatarı   - Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı   Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.