Ölkədə otuz minədək nikah bağlanıb, 10 minədək ailə dağılıb
Azərbaycanda bu ilin 6 ayı ərzində vətəndaşlığı olmayan şəxslərlə nikah bağlanıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bu barədə məlumat verilib. Bildirilib ki, 2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları (544 qadın, 469 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb. Qeyd olunan dövrdə 93 nikahın pozulması halı qeydə alınıb.