Maide.az

Ölkədə orta əmək haqqı 250 manatdan çox deyil

Rəsmi statistika orta əmək haqqının daim artması ilə lovğalanır.   Dövlət Statistika Komitəsinə görə, ölkədə orta əmək haqqı 500 manata çatıb. Müstəqil analitiklər isə hesab edir ki, real orta əmək haqqı 250 manatdan çox deyil.   Məsələn, bu ilin yanvar-fevralında muzdlu işçilərin nominal orta əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 5,9% artaraq 499 manata çatıb, deyə Dövlət Statistika Komitəsi bildirir. Amma" median əmək haqqı" daha dəqiqdir və bu barədə susurlar. Çünki onun səviyyəsi orta riyazi hesablamada olduğu kimi yüksək deyil. (contact.az) /