Maide.az

Ölkədə yük daşınması yenidən azalıb

Bu geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalma ilə bağlıdır.   Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı il ərzində 222,2 mln. ton yük və 1 929,6 mln. sərnişin daşınıb.    Maide.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Komitənin verdiyi məlumatda bildirilir: "Əvvəlki illə müqayisədə yük daşınması 0,1% azalıb, sərnişin daşınması isə 2,0% artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub".   Yüklərin 63,6%-i avtomobil, 26,8%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.   "Sərnişinlərin 88,5%-i avtomobil, 11,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb", - deyə Komitənin məlumatında qeyd edilib. /