Maide.az

Ölkədə 29 min rəsmi işsiz var

2015-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub.   Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.   Məlumata görə, rəsmi işsizlərin 39,1%-ni qadınlar təşkil edir.   İşsizliyə görə müavinətin orta məbləği isə son 1 ayda 6.1 manat azalıb. Aprelin 1-i üçün 254,4 manat olan orta məbləğ mayın 1-i üçün 248,3 manat təşkil edib./