Maide.az

Liviya baş naziri: Türkiyə Liviya xalqının bir-birini öldürməsi üçün silah göndərir

Liviya Baş Naziri Abdulla Al-Tani Türkiyənin Liviya xalqının bir-birini öldürməsi üçün ölkədəki müxalif qruplara silah göndərdiyini deyib.   Maide.az-ın məlumatına görə, cümə günü Misir televiziyası CBC-yə müsahibə verən Tani, Türkiyənin Liviyaya qarşı dürüst mövqe tutmadığını dilə gətirib.   Tani Türkiyə ilə yanaşı Qətəri də Liviyadakı müxalif qruplara silah dəstəyi verməkdə günahlandırıb.