`Liverpul` `Maynts`ın qapıçısını aldı
"Liverpul" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi "Maynts"ın qapıçısı Loris Kariusu heyətinə cəlb edib. 22 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Liverpul" 7 milyon 500 min funt sterlinq təzminat ödəyib. /