Liverpul şəhərində İmam Rza (ə) adına mədrəsə fəaliyyətə başlayıb -FOTO
İmam Rzanın (ə) mövludu münasibətilə Britaniyanın Liverpul şəhərində o həzrətin adına mədrəsə fəaliyyətə başlayıb. Maide.Az xəbər verir ki, İmam Rza (ə) adına olan mədrəsə Britaniyanın Liverpul şəhərində yerləşən İmam Rza (ə) adına olan mərkəzin nəzdində fəaliyyətə başlayıb. Mədrəsədə yeniyetmə və gənclər üçün din təlimləri və Quran dərsləri təşkil olunacaq. Mədrəsinin açılış mərasimində Ayətullah Sistaninin Avropadakı nümayəndəsi Höccətül-islam Seyid Murtaza Kəşmiri , alimlər və ictimai şəxslər iştirak edib.