Maide.az

Livan xalqı Hizbullahın İsrail rejiminə qarşı uğurlu əməliyyatını təbrik etdi

Livanın cənub xalqı Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatını təbrik edib.   Deyerler.org xəbər verir ki, Livanın Əl-Mənar telekanalı Livanın cənubunda yerləşən Marun Əl-Ras bölgəsinin xalqının sentyabrın 1-i Hizbullahın sionist rejimə qarşı uğurlu əməliyyatından sonra küçələrdə bayram etdiklərini bildirib.   Marun Əl-Ras xalqı “Ləbbeyk ya Nəsrullah” və “Rədd olsun İsrail” şüarları ilə Hizbullaha dəstək veriblər.   Bu arada, Əl-Məyadin telekanalı da Beyrutun cənubundakı Zahiya bölgəsi xalqının da Hizbullahın sionistlərə qarşı uğurlu əməliyyatından sonra ruh yüksəkliyi ilə Hizbullaha dəstək verdiklərini bildirib.