Livanda yeni hökumət quruldu
Livanda 9 ay sonra yeni hökumət qurulub. Maide.Az "almanar"a istinadən xəbər verir ki, 2018-ci il mayın 6-da keçirilən seçkilərdən sonra yeni hökumətin qurulmasına cavabdeh olan baş nazir Saad Hariri nazirlərin siyahısını təqdim etmək üçün Baabda Prezident sarayına yollanıb. Parlament sədri Nebih Berrinin də iştirakı ilə keçirilən iclasda prezident Mişel Avnın təsdiqetməsindən sonra yeni hökumətin tərkibi açıqlanıb. Nazirlər Kabinetinin katibi Fuad Filfil Baabda sarayında mətbuat konfransında hökumətin 30 üzvünün adını açıqlayîb. Yeni hökumətin tərkibinin açıqlanmasının ardınca açıqlama verən S.Hariri bildirib ki, yeni hökumət xalqa xidmət edən və investiya yatıracaq bir hökumət olacaq. O Nazirlər Kabinetinin üzvləri arasında əməkdaşlığın önəmindən danışıb və bildirib ki, hökumətdə olmaq mənim üçün asan deyil lakin məsuliyyəti qəbul etməkdən başqa yolum yoxdur. Bundan öncə S.Hariri büdcənin azaldılması üçün qərar qəbul edəcəyini və Suriyalı qaçqınlar üçün heç bir büdcənin nəzərdə tutulmayacağını da açıqlamışdı. Qeyd edək ki, Livanda siyasi qüvvələr arasındakı narazılıqlar səbəbindən yeni hökumət 9 aydır qurula bilmirdi.