Maide.az

Livanda yanacaqdoldurma məntəqəsində partlayış olub

Livanın şimalında Bahaun kəndində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində ən azı 12 nəfər yaralanıb. Maide.Az Trend-ə istinadla xəbır verir ki, bu barədə Livan telekanalı "LBC" bildirib. Məlumata əsasən, yaralanlardan 10-u təcili yardım maşınları ilə yerli xəstəxanalara çatdırılıb. Bildirilir ki, onların həyatı təhlükəsi yoxdur. Livan ordusu və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət edir.