Maide.az

Livanda terro aktı olub, ölənlər var

Livanın şimal-şərqində baş vermiş kamikadze hücumu zamanı 6 nəfər həlak olub, 13 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, bu hadisə ötən gün Suriya sərhədinə yaxın yerləşən Kaa kəndində baş verib. Partlayışı 2 kamikadzenin törətdiyi bildirilir. Qeyd edək ki, öldürülən şəxslər dinc sakinlərdir. Yaralananlar arasında 3 nəfər Livan əsgəri də var.