Maide.az

Livanda neft anbarında yanğın olub

Livanın cənubunda yerləşən Zaxrani neft anbarının ərazisində yanğın olub.   Maide.Az xəbər verir ki, bu barədə yerli “Al-Jadeed” telekanalı məlumat yayıb.   “Mülki müdafiə xidmətinin əməkdaşları yanğını söndürürlər”, - deyə telekanal bildirib.   Hələlik yanğının baş vermə səbəbi və dəymiş ziyan haqqında məlumat verilməyib.