Livanda MOSSAD-ın 3 casusu ələ keçib
Livanda MOSSAD-ın 3 casusu ələ keçib. Bu barədə «Əl-Əxbar» xəbər yayıb. "Hizbullah" qəzetində artıq onların fotoları da dərc edilib. Məlumata görə, casuslar livanlı siyasətçilər, həmçinin Livan və Suriyada hərbi obyektlər barədə məlumatlar toplayırmışlar, hansı ki, sonra İsrail hücumlarında hədəf olacaqdı. Casuslar İsrailin xeyrinə fəaliyyət göstərən qrupda olublar. Onların rəhbəri olan livanlı şəxs isə hazırda İsrailin ərazisindədir. Saxlanılan şəxslər MOSSAD-a işlədiklərini etiraf ediblər. Agentlərdən biri 2011-ci ildən, digər 2-si isə 2015-ci ildən qrupun tərkibində fəaliyyət göstərib. Nəşr bildirir ki, son günlər Livanda Mossad-a işləyən və «Hizbullah» rəhbərləri, həmçinin hərbi obyektlər barədə informasiya toplayan daha bir neçə nəfər saxlanılıb.(faktxeber)