Livanda keçirilən seçkilərin üçüncü mərhələsində “Hizbullah”ın namizədləri qələbə qazanıb
Livanda keçirilən Şəhər Şurası seçkilərinin 3-cü mərhələsində də Livanın Hizbullah və Amal hərakatlarına bağlı namizədlər qələbə qazanıb. Maide.Az xəbər verir ki, Livanın Cənub bölgəsində ötən gün keçirilən seçkilərin üçüncü mərhələsində Hizbullah və Amal hərakatının dəstəklədiyi “Vəfadarlıq və İnkişaf” koalisiyasının namizədlərinin qələbə çaldığı bildirilir. Livanda ŞəhərŞurası seçkiləri 4 mərhələdə keçirilir. May ayının 29-dək seçkilər davam edəcək və müxtəlif bölgələrdə keçiriləcək. ötən iki mərhələdə də Hizbullah və Amal hərakatının dəstəklədiyi “Vəfadarlıq və İnkişaf” koalisiyasının namizədlərinin qələbə qazanmışdı. /