Livanda keçirilən seçkilərin ilk mərhələsində “Hizbullah”ın namizədləri qələbə qazanıb
Livanda keçirilən Şəhər Şurası seçkilərinin ilk mərhələsində Livanın Hizbullah və Amal hərakatlarına bağlı namizədlər qələbə qazanıb. Maide.Az xəbər verir ki, Livanın Bəqa bölgəsində Hizbullah və Amal hərakatının dəstəklədiyi “Vəfadarlıq və İnkişaf” koalisiyasının namizədlərinin qələbə çaldığı bildirilir. Livanda ŞəhərŞurası seçkiləri 4 mərhələdə keçirilir.May ayının 29-dək seçkilər Livanın digər beş bölgəsindədə keçiriləcək. Məlumata görə, Hizbullahın dəstəklədiyi 21 namizədin hamısı Bəəlbək şəhər şurasına seçiliblər.