Maide.az

İlin populyar adları: Yusif və Zəhra ...

2020-ci ildə Azərbaycanda doğulmuş uşaqlara ən çox qoyulan adların siyahısına nəzər salınıb.   Maide.Az "novator.az"a istinadla xəbər verir ki,  Ədliyyə Nazirliyinin hesabatına görə, qız adları içində Zəhra adı öndədir. 2020-ci ildə 1670 qıza bu ad verilib.   Digər populyar qız adları belə sıralanır:   Zeynəb – 1310 uşaq   Məryəm – 1256   Aylin – 1198   Mələk – 1165   Fatimə – 1094   Nuray – 1046   Nilay – 911   İnci – 880   Dəniz – 795.   Populyar oğlan adlarına Yusif başçılıq edir. Bu ad 2020-ci ildə 1688 oğlana qoyulub.   Qalan populyar oğlan adları bunlardır:   Əli – 1605 uşaq   Uğur – 1588   Hüseyn – 1509   Məhəmməd – 1023   Ömər – 1015   Murad – 988   Raul – 837   Ayxan – 718   Tunar – 703.