İlin əvvəlindən pul bazası üçdə bir azalıb
Mərkəzi Bankda kommersiya banklarının nağd pul və pul vəsaitləri 1 avqust üçün 7 mlrd 467,5 mln manat (1 iyul üçün mənfi 19,5 mln, 1 iyun üçün 129,8 mln) olub. AMB-nin məlumatına görə, 1 yanvar üçün pul bazası 11 mlrd 541,9 mln manat olub, yəni 7 ayda azalma 4 mlrd 74,4 mln və ya 35,3% təşkil edib. Ötən il sentyabrın 1-i üçün pul bazası rekord həddə - 11 mlrd 743,6 mln manat idi.