Maide.az

Leysan yağışlar Qəzzada həyatı dahada çətinləşdirib

Yağış mövsümü Qəzzadaki fələstinlilərin ağır həyatını daha da çətinləşdirib. Maide.az-ın məlumatına görə, leysan yağış və daşqınlar on minlərlə evsiz fələstinlinin həyatını təhlükəyə salıb. Qumla dolu plastmas zibil qablarından istifadə edərək, qaçqınlar düşərgəsində yaşayan fələstinlilər su və palçıqla mübarizə aparırlar. "Bu il ötən ildən daha ağırdır, Qəzzadaki infrastruktur daha zəif və zədəlidir. Əgər ölkə xaricindən gələcək real köməklər olmasa, vəziyyət katastrofik nəticələr verəcək" - bu sözləri küçələrdə çarəsiz qalan insanlara yardım edən, mülki müdafiə işçisi bildirib. Bundan öncə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra , Qəzzada yanacaq çatışmamazlığı üzündən elektrik enerjisinin tez-tez kəsildiyini və bunun xəstələrin canı üçün təhlükə yaratdığını bildimişdi. Qeyd edək ki, Sionist rejim Qəzzaya son 51 günlük hücum zamanı Qəzzanın elektrik enerjisini təmin edən yeganə elektrik stansiyasını bombalayıb. Ona görə Qəzzada hazırda işıq böhranı yaşanır. Sionist rejimi cari ilin iyul və avqust aylarında 51 gün müddətinə Qəzzaya hücum etmişdi. Hücumlar nəticəsində 2158 nəfər Qəzzada şəhid və 11 mindən çox fələstinli yaralanmışdı.//