Maide.az

Lerik rayonuna güclü qar yağıb

Lerik rayonuna güclü qar yağıb.   Maide.Az bildirir ki, bu barədə Trend-ə rayon İcra Hakimiyyətindən məlumat verilib.   Məlumatda bildirilir ki, dekabrın 6-sı axşam saatlarından başlayan qar hələ də yağmaqda davam edir. Rayonun mərkəzində qar örtüyünün qalınlığı 15-20, ucqar kəndlərdə isə 35 santimetrə çatıb.   Qeyd olunub ki, qarın yağmasına baxmayaraq, kəndlərdə və rayon ərazisində çətinlik yaranmayıb.   Xatırladaq ki, Naxçıvan MR-ə və Şəkiyədə qar yağıb.