Maide.az

Lerikdə avtomobil dağdan aşıb, 3 nəfər ölüb

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.   Maide.Az "Report"a istinadla xəbər verir ki, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.   Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.   İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   Hazırda faktla bağlı araşdırma aparılır.