Lerikdə zəlzələ olub
Avqustun 7-də Lerik rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib. Maide.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:13-da Lerik stansiyasından 18 kilometr şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.