Maide.az

Lerikdə daha bir zəlzələ olub - YENİLƏNİB

Lerikdə daha bir zəlzələ olub.   Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Yerli vaxtla 17:01:49-da Lənkəran stansiyasından 12 km cənub-qərbdə zəlzələ baş verib.   Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.   *** Lerikdə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.   Maide.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, təkanlar yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.   Dərinliyi 15 kilometr olan zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.   Sosial şəbəkələrdə Masallı, Lənkəran və Yardımlıda da zəlzələnin hiss olduğu qeyd olunub.