Maide.az

Lerikdə qar uçqunu nəticəsində bir ailənin 4 üzvü ölüb

Lerik rayonunda qar uçqunu baş verib.   Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.   Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.