Maide.az

Lavrov: Rusiya yolundan dönən deyil

Xarici təzyiq Rusiyanın prinsipial xarici siyasət kursunu yenidən nəzərdən keçirməyə gətirib çıxarmayacaq.   Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov XİN-in Diplomatik Akademiyasında çıxışında deyib.    “Xaricdən olan təzyiq bizim düzgün hesab etdiyimiz prinsipial kursumuza yenidən nəzərdən keçirməyə gətirib çıxarmayacaq”, - nazir qeyd edib.    Lavrov qeyd edib ki, Vaşinqton qlobal antirusiya koalisiyası yaratmağa nail olmadı.    “Əksər ölkələrlə bizim dialoqumuz gedir. Rusiyanın ölçülmüş xəttinə dünya ictimaiyyətinin artan dəstəyi var”, - nazir deyib.    Lavrov bəyan edib ki, görünür ABŞ-da hegemonluğa can atmanın hansı nəticələrə səbəb olduğu barədə unudublar.    “Yaxın Şərqdə terrorizmin geniş vüsət alması xaricdən demokratiyanın ixracının nəticəsidir”, - nazir qeyd edib.