Maide.az

Lavrov:İngilis diplomatlar Rusiyadan qovuldu

Rusiya bir neçə ingilis diplomatı ölkədən qovub.   Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.   Nazir neçə diplomatın Rusiyadan xaric edildiyini dəqiqliklə deməyib.   Qeyd edək ki, İngiltərənin baş naziri Tereza Mey ölkəsindən 23 rus diplomatının qovulduğunu açıqlamışdı.   Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə İngiltərənin bu həmləsinə tez bir zamanda cavab veriləcəyini bildirmişdi.