Maide.az

İlahiyyatçı Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib.   Bu barədə APA-ya vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.   Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.   Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 illik həbs cəzası verilib. /