Maide.az

Lənkəranda zəlzələ olub

Lənkəranda zəlzələ olub.   Maide.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 17:45-də Lənkəran ərazisində zəlzələ qeydə alınıb.   Zəlzələ episentrdə 3 bal ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Yeraltı təkanların maqnitudası 3,6, dərinliyi 16 km. olub.