Maide.az

Lənkəranda dalbadal zəlzələ olub

Bu gün, iyulun 18-də Lənkəran rayonu ərazisində zəlzələ baş verib.   Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən yayılan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:54-də, Lənkərandan 15 km şimal-qərbdə qeydə alınıb.   Maqnitudası 3.1 olan zəlzələ 10 kilometr dərinlikdə baş verib.   Dünən, iyulun 17-də də Lənkəran rayonu ərazisində eyni gücdə zəlzələ baş vermişdi.   Eyni dərinlikdə baş verən həmin zəlzələ isə gecə saat 23:55-də qeydə alınmışdı. Dağıntı və tələfat haqda məlumat verilmir.