Maide.az

Lənkəranda ağır yol qəzası: 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.   Maide.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.   İlkin məlumata görə, VAZ-2106  və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.   Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.   Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.   Faktla bağlı araşdırma aparılır.