Maide.az

Lənkəranda “Ərbəin” gecəsi - Foto

  Lənkəran şəhərində “Ərbəin” gecəsi keçirildi.   Cenubnews.com İnternet Qəzeti xəbər verir ki,İmam Hüseyn (ə) şəhadətinin 40-cı günü münasibətilə Lənkəran şəhərində yüzlərlə insan izdihamlı əzadarlıq keçirib.   İlk öncə Quran qaresi Kərbəlayi Rahim Fərəcov “Quran” tilavəti ilə tədbiri başladı.Məclisdə tanınmış ruhanilər Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman Ağazadə, Seyyid Nazim Ocaqov, Kərbəlayi Rövşən Şərifzadə və mindən çox Lənkəran möminləri iştirak edirdi.   Tədbirdə ruhani Hacı Zülfüqar Mikayılzadə Kərbəla müsibətindən və Əhli-Beytin keçdiyi yolları inanclılara aşıladı.Ruhani sözlərində bildirdi ki, tarix boyu düşmənlər İslamla mübarizə aparıblar və bu indidə davam etməkdədir.   Sonra Əhlibeyt məddahları Məşhədi Ülvü və Məşhədi Vüsal mərsiyə və rozələr oxuyaraq tədbiri dahada nurani etdilər.   Daha sonra dualar edildi.Sonda ehsan süfrəsi verildi.