Maide.az

Lənkəran dindarları azadlığa çıxan hicab məhbusunu ziyarət edib (Foto)

  Dünən 5 saylı CÇM-dən sərbəst buraxılan Ruhid Abbasov lənkəranlı dindarlar tərəfindən ziyarət edilib İslamazeri.az xəbər verir ki, lənkəranlı fəal dindarlar dünən həbs müddəti bitən Ruhid Abbasovu ziyarət ediblər. Ruhid Abbasovun evinə gedən dindarlar keçmiş məhbusun vəziyyəti ilə maraqlanıblar. Xatırladaq ki, Ruhid Abbasov Masallı rayon sakinidir. O, 5 oktyabr 2012-ci ildə keçirilən 3-cü "Hicaba azadlıq" aksiyasında həbs olunub. Nərimanov rayon məhkəməsi Ruhid Abbasov barədə 2 il həbs cəzası qərarı verib. /