Maide.az

Küveytdə narko-kuryer göyərçin tutulub - FOTO

Küveyt gömrükçüləri İraqdan ölkə ərazisinə narkotik maddələrin daşınması üçün istifadə olunan göyərçin yaxalayıb. Bu barədə "Ər-Rəy" qəzeti yazıb.   Qəzetin məlumatına görə, kuryer göyərçini İraqla sərhəddə yerləşən "Əl-Əbdali" gömrük məntəqəsinin əməkdaşları müəyyən edib. Gömrükçülər göyərçinin belində 178 ədəd narkotik həb tapıblar.(FaktXəbər)