Küveytdə şiələrin məscidinə intihar hücumu təşkil olunub - FOTO-VİDEO
Küveytdə Əs-Səvabir bölgəsində yerləşən şiələrin aid İmam Sadiq (ə) məscidinə cümə namazı əsnasında intihar hücumu təşkil olunub. Maide.az xəbər verir ki, terror hücumunda ilkin məlumatlara görə, 8 nəfər şəhid olub, onlarla yaralanan var. Hücumdan sonra Küveyt kralının hadisə yerinə gəldiyi bildirilir. Əl-Məyadin saytının xəbərində terrorçu təcavüzkarın cümə namazının sonunda özünü partlatdığı bildirilir.