KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər
"Türkiyə Ermənistanla sərhədlərini aça bilər". Türkiyə KİV-inə istinadən verilən xəbərə görə bu barədə "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib. Jurnalistin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub: "Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb". (report) /