Maide.az

KİV: Suriyanın zonalara bölünməsinə razılıq verilib

Rusiya, İran və Türkiyə arasındakı sövdələşmə çərçivəsində Suriya bir neçə qeyri-rəsmi nüfuz zonasına bölünə bilər. FaktXəbər-in məlmatına görə, bu barədə "Reuters" bir neçə mənbəyə istinadən xəbər verib.   Dünən də "Anadolu" agentliyi xəbər verib ki, Ankara və Moskva Suriya ərazisində dekabrın 29-da atəşkəs rejiminin başlanması barədə razılığa gəliblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə tərəflərin razılaşmaları barədə kifayət qədər məlumata malik deyillər.   "Reuters" agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd ən azı növbəti seçkilərə qədər vəzifəsini saxlayacaq. Bundan sonra dövlət başçısı postuna digər namizəd olacaq, Əsədə və onun ailəsinin təhlükəsizliyinə zəmanət veriləcək.   Rusiyaya yaxın mənbənin sözlərinə görə, müqavilə işlənmə mərhələsindədir. O, Suriya hökuməti, qiyamçılar, Fars körfəzi ölkələri və ABŞ-la razılaşdırılmalıdır. Bu saziş Əsədin nəzarətində olan federasiya yaratmağa imkan verəcək.   "Son razılaşmanı əldə etmək çətin olacaq, amma artıq mövqelər dəyişib", - deyə Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru Andrey Kortunov bildirib.   Onun sözlərinə görə, Bəşşar Əsədi əvəzləyəcək bir neçə namizəd atıq müzakirə olunub, amma konkret ad çəkməkdən imtina edib.