Kuveyt Neft Şirkətinin işçiləri tətilə başlayıb-FOTO
Kuveyt neft və neft-kimya şirkətinin işçiləri ötən gündən tətilə başlayıblar. Maide.az xəbər verir ki, tətilə səbəb şirkətin yeni əmək haqqı sistemini işə salması olub. Kuveyt hökuməti dövlət işçiləri üçün "yni əmək haqqı sistemi" tətbiq edir ki, neftçilər ittifaqı isə bu qanunun neftçilərə aid edilməməsini tələb edir. Bazar günü başlayan tətil də yeni qanuna etiraz məqsədi ilədir. Kuveyt hökuməti etirazçıları cəzalandırmaqla hədələyib və bildirib ki, Kuveytdə tətil aksiyaları cinayətdir. Hökumət rəsmiləri etirzaçıların istəklərini qəbul etməyəcəklərini açıqlayıblar.