Kuveytdə Ali Səuda müxalif olan millət vəkili 11 il azadlıqdan məhrum edildi
Küveyt Məhkəməsi bu ökənin parlamentinin millət vəkili Əbdülhəmid Dəşti haqqında Kuveytin əmiri və Səudiyyə Ərəbistanının kralını təhqir etmə ittihamı ilə onun iştirakı olmadan keçirilən məhkəmədə 11 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Kuveytdə ölkə başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cəbir Əl-Sabahı tənqid etmək,onu təhqir etmək kimi dəyərləndirilir və Kuveytdə onlarla fəal son illərdə əmiri təhqir etmək ittihamı ilə həbs olunublar. Ə.Dəşti barəsində 11 il azadlıqdan məhrum etmə cəzası onun barəsində 2 ay öncə 14 il 6 ay azadlıqdan məhrum etmə qərarından az sonra qəbul olunub. Ə.Dəşti mart ayında Kuveytdən çıxıb və hazırda Britaniyada müalicəalır. Qeyd edək ki, Əbdülhəmid Dəşti Səudiyyənin Yəmənə hücumunu və 2011-ci ildən bəri Bəhreynin daxili işlərinə qarışaraq xalq üsyanını yatırtmasını tənqid edib.