Maide.az

Kubada sərnişin təyyarəsi qəzaya uğradı - 103 ölü

Dəqiqləşdirilmiş məlumata əsasən, Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub   APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kubanın  “Granma” qəzeti xəbər verib.   Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib.   Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.   Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.   Qeyd edək ki, ötən axşam “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.