Maide.az

Kütləvi zəhərlənmə olub - Qazaxda

Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.   Maide.Az-ın "Report"a istinadən məlumatına görə, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.   Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.   Faktla bağlı araşdırma aparılır.