Maide.az

Kürdlər Afrində etiraz aksiyası keçirib - FOTO

Suriyanın şimalında yerləşən Afrin şəhərindəki kürdlər etiraz aksiyası keçirib.   Maide.Az "FaktXəbər"-a istinadən verdiyi məlumata görə, minlərlə kürd Türkiyənin "Zeytun budağı" əməliyyatını dayandırmağa çağırıblar.   Nümayişçilər Afrində keçirilən əməliyyatda sivil vətəndaşların öldürüldüyünü iddia ediblər. Onlar bu günə kimi 500 vətəndaşın qurbana çevrildiyini bildiriblər.   Qeyd edək ki, aksiyada narazı kütlə terrorbaşı Abdullah Öcalanın da şəkillərini qaldırıblar.