Maide.az

Kürdəmirdə magistral su kəmərində qəza baş verib

Kürdəmir şəhərinə və bəzi kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.   “Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.   Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.