Maide.az

Kürdəmirdə fərdi təsərrüfatda ev quşları kütləvi şəkildə tələf olub

Kürdəmir sakininin fərdi təsərrüfatda ev quşları kütləvi şəkildə ölüb.   Rayonun Sığırlı kənd sakini Mahir Həsənova məxsus fərdi təsərrüfatda 2 aylıq 2350 ev quşu 2 gün ərzində tələf olub. 30 ildir ki, bu işlə məşğul olan M. Həsənov belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını deyib. Zərərçəkən iddia edir ki, müalicə məqsədi ilə baytarlıq aptekindən aldığı dərmanı yemə qatıb cücələrə verdikdən bir necə saat sonra quşlar kütləvi şəkildə tələf olub.    Hadisə ilə əlaqədar əraziyə cəlb olunan rayon baytarlıq xidmətinin rəisi Mehman Nəsirov tələf olmuş bir neçə quşdan analiz məqsədi ilə nümunələrin götürüldüyünü bildirib. Cücələrin kütləvi şəkildə  tələf olmasının dəqiq səbəbi götürülən nümunələrin cavabından sonra müəyyənləşəcək. (apa) /