Maide.az

Kraysterç məscidləri yenidən açılıb

Yeni Zelandiyanın Kraysterç şəhərinin terrora məruz qalmış məscidləri yenidən dindarlar üçün açıqdır.    Maide.Az ONA-a istinadla xəbər verir ki,  polis şəhərdə təhlükəsizliyə nəzarəti azaltmağa qərar verib və yolları açıb.     Polisin məlumatına görə, Ən-Nur və Linvud məscidləri yenidən müsəlman icmasına verilib.   Hüquq-mühafizə orqanları burada və ölkənin digər məscidlərində təhlükəsizliyə nəzarət edəcəklər.